Goranboyun icra başçısının işdən çıxarılması xəbəri yayıldı (YENİLƏNİB)

Hazırda oxunan: Goranboyun icra başçısının işdən çıxarılması xəbəri yayıldı (YENİLƏNİB)

44684
Goranboydakı etibarlı mənbələrdən musavat.com-a verilən məlumata görə, rayonun icra başçısı Nizaməddin Quliyev bu gün işdə olub. Səhər saatlarında N.Quliyev icra hakimiyyətinin binasında olub, həmişəki qrafiklə işə gəlib, iclas keçirib və kabinetdə olub. Amma yerli mənbələr axşama tərəf onu işdə olub-olmadığı haqda heç bir məlumata malik olmadıqlarını deyirlər. 

Xatırladaq ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev vəzifədən azad olunması haqda məlumat yayılıb. Axar.az-ın məlumatına görə, Nizaməddin Quliyevin vəzifədən azad olunması barədə Sərəncam imzalanıb və yaxın dəqiqələrdə elan olunacaq.   Qeyd edək ki, xəbəri ilk olaraq yerli mənbələrə istinadla Qaynar.info saytı yayıb.   

N.Quliyevin adı son vaxtlar əslən Gotanboydan olan iş adamı Müqayis Verdiyevlə konfliktə hallanır. İş adamı “Yeni Müsavat”a yolladığı silsilə məktublarda bildirir ki, onun həbsini N.Quliyev sifariş edib. Bununla bağlı iş adamının yaxınları icra başçısının Baş Prokurorluğa məktubunu yaymışdılar. Aprelin 18-də isə M.Verdiyevin baş prokuror Zakir Qaralova müraciəti yayılıb. Müraciətdə Goranboy rayon icra başçısını və onun müavinini, həmçinin rayonda abadlıq işlərini həyata keçirən və N.Quliyevin oğlu Ramal Quliyevə məxsus olduğu deyilən “Fəqan-Xidmət” şirkəti korrupsiyada ittiham olunur. M.Verdiyev baş prokurordan xahiş edir ki, icra strukturu Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən yoxlanılsın.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin