Moderator.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə mesenat Aydın Qurbanovun oğlu, Xeyriyyə Fondunun rəhbəri, ÜAK idarə heyətinin üzvü Səməd Qurbanov bu günlərdə Moskvada atasının 60 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə çıxış edərkən bildirib.
Səməd Qurbanov deyib ki, Aydın Qurbanov Fondu Zirə qəsəbəsində Cümə məscidi tikməyi qərara alıb. Onun sözlərinə görə, vaxtı ilə atası Bakıda Müqəddəs Mirodaşıyanlar kafedral kilsəsinin bərpasından sonra Azərbaycan ərazisində məscid tikməyə başlamağı planlaşdırırmış: “Təəssüf ki, xəstəlik aman vermədi. Bu gün Aydın Qurbanov Fondu Bakının yaxınlığında yerləşən Zirə qəsəbəsində Cümə məscidi tikmək qərarına gəlib. Düşünürəm ki, bu yolla atamın xeyirxah işləri davam etdiriləcək”.
































































































