Avropa Birliyi rəsmilərindən seçki bəyanatı

Hazırda oxunan: Avropa Birliyi rəsmilərindən seçki bəyanatı

34741

Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton və birliyin qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Ştefan Füle Azərbaycanda qarşıdan gələn prezident seçkisi ilə bağlı birgə bəyanat yayıblar.

Moderator.az “Amerikanın səsi”inə istinadən xəbər verir ki, bəyanatda seçki ərəfəsində bəzi fəalların şübhəli ittihamlarla və insan hüquqları sahəsində beynəlxalq standartların pozulması ilə həbs edilməsi sarıdan narahatlıq ifadə olunur.

Bildirilir ki, Avropa Birliyi Azərbaycan hökumətindən bu sahədə hüquqi prosedurlar çərçivəsində şəffaf və ədalətli araşdırmalar aparılmasını gözləyir.

Bəyanatda prezident seçkisinin ədalətli mühitdə keçirilməsinin təmin edilməsi üçün əlverişli şərait yaradılmasının zəruriliyi vurğulanır: “Avropa Birliyi Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti izləməkdə davam edir və ölkənin bu sahədə beynəlxalq öhdəliklərini yerinə yetirməsinə kömək etməyə hazırdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin