Avropa Şurasının baş katibi yanğınla bağlı Azərbaycan xalqına başsağlığı verdi

Hazırda oxunan: Avropa Şurasının baş katibi yanğınla bağlı Azərbaycan xalqına başsağlığı verdi

215552
Avropa Şurasının Baş katibi Turbyorn Yaqland Bakının Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində baş verən yanğında insanların ölməsi ilə əlaqədar başsağlığı verib.

Moderator.az xəbər verir ki, Turbyorn Yaqland bəyanatında qeyd edib ki, Bakıda baş verən yanğın nəticəsində ölən insanların olması ilə bağlı faciəvi xəbərlərdən sarsılıb.

"Öz adımdan və Avropa Şurası adından ölənlərin ailələrinə, Azərbaycan hökumətinə və Azərbaycan xalqına başsağlığı diləyirəm. Bu faciəli anda Avropa Şurası Azərbaycan xalqının yanındadır", - bəyanatda belə deyilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin