“Elçibəy kimi ən böyük alim hesab edirdi?”x9d- Elçibəy-79

Hazırda oxunan: “Elçibəy kimi ən böyük alim hesab edirdi?”x9d- Elçibəy-79

182469


Bu gün çağdaş Azərbaycan tarixində özünəməxsus iz qoyan şəxsiyyətlərdən biri, Azərbaycanın ikinci prezidenti mərhum Əbülfəz Elçibəyin anım günüdür.1938-ci ilin bu günündə Ordubad rayonunun Kələki kəndində anadan olan mərhum Elçibəy həm alim, həm ideoloq, həm partiya rəhbəri və ən nəhayət idarəçi kimi bu gün də xatırlanır. Onun idarəçiliyi barəsində heç zaman birmənalı fikir söylənilməyib. Kimi müsbət, kimi isə mənfi tərəflərini deyib. Amma bir şəxsiyyət kimi isə siyasi düşüncəsindən asılı olmayaraq, əksəriyyət onu bu gün də xoş sözlərlə xatırlayır.

Əbülfəz xa0Elçibəy ideologiyasının davamçılarından olan və mərhumun çox sevdiyi 3 şairdən biri Vaqif Bayatlı Odər bir müddət öncə bu sətirlərin müəllifi ilə etdiyi şifahi söhbətdə onun barəsində maraqlı bir faktı səsləndirmişdi.

xa0Moderator.az həmin faktı diqqətinizə çatdırır:

“Ziya Bünyadov haqqında bir dəfə kimsə pis bir söz demişdi. Daha doğrusu, demək istəyirdi. Amma Elçibəy həmən onun cavabını verdi. Ziya Bünyadovu Azərbaycanın ən böyük ziyalısı hesab edirdi. Mənim yadımdadır ki, xarici mətbuat orqanına verdiyim müsahibədə Elçibəyi xa0 Azərbaycanın ən böyük siyasətçisi adlandırmışdım. O buna etiraz etmişdi. Dedi ki, gərək Ziya Bünyadovu deyərdin. Dedim ki, Ziya müəllim daha çox tarixçi kimi məşhurdu, amma mən sizi əsl siyasətçi kimi tanımışam. O, buna heç nə demədi, sadəcə gülümsədi. Yəni, etiraz etmədi”x9d.

Hazırladı: Elmin
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin