Bir məktəbdən 27 məzun 600-dən çox bal yığdı - Foto

Hazırda oxunan: Bir məktəbdən 27 məzun 600-dən çox bal yığdı - Foto

145699
Sumqayıt şəhərində Təbiət Elmləri Təmayüllü Gimnaziya bu il qəbul imtahanlarında yüksək nəticə göstərib. Belə ki, məktəbin xeyli sayda məzunu 600-dən yuxarı bal toplayıb.

xa0Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədov bildirib ki, bu il məktəbi bitirən 42 şagirddən 27 nəfəri 600-dən yuxarı bal toplayıb.

Direktor qeyd edib ki, 600-dən çox bal toplayan 27 şagirdin 10 nəfəri bir sinifdə, 17 nəfəri isə digər bir sinifdə oxuyublar: "Son 8 ildir ki, bizim məktəb böyük uğurlara imza atır. Bu il ən yüksək nəticəmiz 690 bal oldu. Amma bizim istəyimiz tam alınmadı. Məzunlarımızdan 700 bal gözləyirdik".(azvision.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin