“Azərbaycanda uşaq hərbi-idman düşərgələrinə ehtiyac var”x9d

Hazırda oxunan: “Azərbaycanda uşaq hərbi-idman düşərgələrinə ehtiyac var”x9d

142361

Rusiya bu yay Krımda 12-18 yaş uşaqlar üçün hərbi düşərgələr təşkil etməyi planlaşdırır. Məlumata görə, düşərgəyə cəlb edilən uşaqlar çadırlarda yaşayacaq, onlara hərbə aid zəruri bilik və vərdişlər aşılanacaq. Maraqlıdır, torpaqları işğal altında olan Azərbaycanda da uşaq hərbi düşərgələrinin yaradılmasına ehtiyac varmı?

Bununla bağlı Moderator.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə bu cür düşərgələrə ehtiyac olduğunu vurğuladı:

“Bu cür düşərgələrə ehtiyac var. Bundan öncə dəfələrlə bu cür təkliflər səslənib. Hərbi-idman düşərgələrini 90-cı illərdə ilk növbədə çadırlarda yaşayan qaçqın və məcburi köçkün uşaqları üçün yaratmaqla bağlı təkliflər verilmişdi. Amma o zaman beynəlxalq təşkilatlar bu cür düşərgələrin yaradılmasına etiraz edirdilər və bildirirdilər ki, siz gələcək döyüşçülər hazırlayırsınız. Bu məsələ uzun müddət havada qaldı. Məndə olan məlumata görə 1-2 dəfə belə düşərgələr keçmiş müharibə veteranları tərəfindən şəxsi təşəbbüs nümunəsi olaraq yaradılıb. Amma maliyyə baxımından dəstək tapmadığı üçün öz mövcudluğunu qoruyub saxlaya bilməyib.

Azərbaycanda adi istirahət düşərgələri var. Bunlardan biri DİN-nin nəzdindədir. Sovetdən qalma bu pioner düşərgəsini yenidən qurublar. Lakin burada sadəcə uşaqların istirahəti həyata keçirilir. Burada idman və hərbə aid heç nə yoxdur. Azərbaycanda yalnız bu cür adi düşərgələr mövcuddur”x9d.

xa0

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin