"Prezidentin Amerikaya səfəri Azərbayacanda fəallaşını 5-ci kalonun nümayəndələrinin arzularını puça çıxardı”x9d.
Bu fikirləri Prezident İlham Əliyevin ABŞ-a səfərini şərh edərkən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. Onun sözlərinə görə, ölkə başçısının bu səfəri Azərbaycan-Amerika münasibətlərinin yüksəldilməsi baxımından müstəq qiymətləndirilməlidir: «Yadınıza gəlirsə, «Azərbaycan» qəzetində ABŞ əleyhinə palaz-palaz yazılar gedir. 5-ci kalonun nümayəndələri də bir tərəfdən əks təbliğat aparırdılar. Çox sevindirici haldır ki, ölkə prezidenti yenə öz iradəsini ortaya qoydu və Qərbə inteqrasiya məsələsini bir daha gündəmə gətirdi. Amerikada verdiyi bəyanatda da bildirdi ki, bu siyasət davam etməlidir. Ancaq bu siyasəti davam etməkdən ötrü Amerikadan qayıdandan sonra təcili islahatlara başlamalıdır».
Partiya sədri onu da nəzərə çatdırıb ki, Azərbaycanda olan 5-ci kalonun üzvlərindən qurtulmaq lazımdır: «Əgər bu istiqamətdə ciddi dəyişikliklər olmasa, vəziyyət bu şəkildə davam edəcək. Vaşinqtonda verilən vədlər həyata keçməyəndə isə bunun cəzasını çəkəcəyik. Bilirsiniz ki, bir tərəfdən Rusiyanın təzyiqləri var, 5-ci kalonun üzvləri müəyyən məlumatlar ötürürlər ki, vəziyyət daha da kritikləşsin. Amma Prezident bu baryeri keçdi. Bundan sonra nə olacaq, onu zaman göstərəcək. Ancaq bir məsələni xüsusi vurğulayım ki, Qərb dairələrinin müəyyən tələbləri var ki, filan məmurlar dəyişdirilməlidir. Azərbaycanda kadr islahatlarının aparılmasının çox böyük önəmi var. Düzü inanmıram ki, 5-ci kalon üzvləri rahat otursunlar. Onların maneçilik törətmək istədikləri ortadadır. Amma unutmasınlar ki, biz bu yolda hər zaman İlham Əliyevin yanında olacağıq və mili, dövlət maraqlarına zidd gedən köhnə qvardiyanın nümayəndələrinə qarşı mübarizə aparacağıq».






































































































