Obamanın Əliyevə şifrəli mesajı ”“ “Arxandayıq”x9d

Hazırda oxunan: Obamanın Əliyevə şifrəli mesajı ”“ “Arxandayıq”x9d

129616
Azərbaycan prezidentinin Amerikaya səfəri, ABŞ prezidenti, dövlət katibi ilə görüşüb şəkil çəkdirməsi çox müsbət haldı. İ.Əliyev Vaşinqtona getmədən öncə xeyli siyasi məhbusu azad etdi. Bir neçəsinin də azad ediləcəyi gözlənilir. İdarəçilikdə, siyasi münasibətlərdə yumşalmanın olacağı, daxili siyasət kursunun dəyişəcəyi, “idarəolunan demokratiya”x9d modelinə keçiləcəyi iddia olunur. Bütün bunlar Qərblə Azərbaycan iqtidarının yenidən anlaşmasının əlamətləridir və müsbət tendensiyalardı.xa0

Sosial şəbəkələrə transfer edən müxalifət indiyədək tələb edirdi ki, hakimiyyət ABŞ-la yaxınlaşsın, Qərb yönümlü siyasi xəttə qayıtsın, Rusiyaya qucaq aşmasın... Baxın, sizin dedikləriniz olur, indi nədən narahat və narazısınız?! İqtidar təmsilçiləri Rusiyaya gedəndə, Putinlə, Lavrovla görüşəndə bəyanat verirsiniz ki, Azərbaycan totalitar rejimlərlə yaxınlaşır. İndi dövlət başçısı dünyanın demokratiya beşiyi adlandırılan bir paytaxtdadır. Orda görüşlər keçirir, həmin görüşlərdən məlumatlar, fotolar yayılır.xa0

Müxalifətin AXCP və Milli Şura qanadını anlayırıq. Bu səfər onların indiyədək apardığı təbliğatı darmadağın etdi. Əli Kərimli, müavinləri, Milli Şuradakı ortaqları Qərbin Azərbaycan hakimiyyətinə qarşı sərt tədbirlərə əl atacağını, sanksiyalar tətbiq edəcəyini yazırdı, söyləyirdi. İlham Əliyevin Vaşinqtona son səfəri Kərimlinin gözləntilərini və təbliğat sistemini iflic edib. Təsəvvür edin, İ.Əliyev Vaşinqtonda ABŞ prezidenti səviyyəsində qəbul olunur, AXCP-nin qəzeti yazır ki, İlham Əliyev çıxılmaz vəziyyətə düşüb. Bu, təkcə qərəz deyil, həm də siyasi səbatsızlıqdı, qərəzdi, dünyada və ölkəmizdə gedən proseslərə göz qapatmaq, başını quma soxmaqdı.xa0

Azərbaycan hakimiyyəti illər sonra Qərblə ciddi anlaşma içərisindədir. Tərəflər insan haqları, siyasi məhbus problemi də daxil olmaqla, xeyli sahədə anlaşma əldə edib. Yuxarıda da yazdığımız kimi, bunun ilkin nəticələri var - 16 siyasi məhbus zindandan buraxılıb. Bu məhbuslar məhz ABŞ-la Azərbaycan arasındakı razılaşmanın nəticəsində azadlıqdadırlar. Təzyiqdən söhbət gedə bilməz. Ötən ilin dekabrında rəsmi Bakıyla təzyiq və təhdid dilində danışıldı, nəticədə hətta bir siyasi məhbus da dekabr əfvinə düşmədi. Bu dəfə Qərb bu məqamı nəzərə alıb “yumşaq güc”x9ddən istifadə etməklə siyasi məhbus problemində ciddi irəliləyişə nail oldu.xa0

Virtuala köç etmiş müxalifətin təbliğat və əks təbliğat metodları Az.TV stilindən kənara çıxmır. İnkarçılıq, görməzdən gəlmə, xırda məsələləri şişirtmək, ciddi proseslərə balaca gözlükdən baxmaq hər iki düşərgənin mediasının əl çəkə bilmədiyi metoddur.xa0

Azərbaycan iqtidarının ABŞ-la yaxınlaşması, anlaşması həm də Azərbaycanın şansını artırır. Ölkəmizdə demokratiyanın gəlişməsini şərtləndirir. Buna sevinmək lazımdı - qıcıqlanmaq, əsəbiləşmək yox. Bu proses həm də müxalifətin perspektivinə işləyir. Bu düşərgənin siyasi səhnədəki rolunu artıra bilər.xa0

Müxalifət İlham Əliyevin Vaşinqton səfəri ilə bağlı heç bir təbliğat qura bilmir. Çünki ortada fakt var - Barak Obama əlini Azərbaycan prezidentinin kürəyinə qoyub onunla şəkil çəkdirib. Bu, həm də ABŞ prezidentinin, Ağ Ev administrasiyanın mesajı da sayıla bilər ”“ “arxandayıq, Rusiyaya qarşı dirənə bilərsən”x9d...xa0

Müxalifət ABŞ prezidenti ilə görüşə bilmir, bu, bəllidir. Kerri ilə də kontakt mümkün deyil, anlayırıq. Heç olmaya çalışıb ABŞ-dan ölkəmizə gələn orta və kiçik ranqlı diplomatlarla görüşsünlər. Onlarla şəkil çəkdirib facebookda yaysınlar. Bunu bacarmadan İlham Əliyevin Obama ilə görüşünə “ilişmək”x9d heç də uğurlu siyasi texnologiya sayılmaz.xa0

Sayılanlardan olun... (musavat.com)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin