Türkiyə "Bayraktar TB3" zərbə dronunun sınağına hazırlaşır...

Hazırda oxunan: Türkiyə "Bayraktar TB3" zərbə dronunun sınağına hazırlaşır...

619423
Kiyevin sevincinə, Moskvanın qorxusuna səbəb olacaq olay...
 
"Yeni silah növü dronlardan istifadənin səmərəsini xeyli artıracaq..."
 
"İkinci Qarabağ savaşı döyüş əməliyyatlarının aparılması üzrə əvvəlki təlimatları alt-üst edib..."
 
Türkiyədə "Bayraktar Akinci" pilotsuz uçuş aparatından "IHA-230" səsdən iti raketinin uğurlu sınaq buraxılışı keçirilib. 
 
Moderator.az xəbər verir ki, bu barədə yerli "Savunma Sanayi ST" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, pilotsuz uçuş aparatı Tekirdağ şəhəri yaxınlığında yerləşən hava limanından uçuş edib və sonradan Qara dənizdə yerləşən hədəfi uğurla məhv edən raket buraxıb.
 
Buraxılış nöqtəsindən "Yer-hava" sinfindən olan raketin partlayış yerinədək məsafə 140 km təşkil edib. Qeyd edilir ki, raket özünün hərəki qurğusuna və xüsusi dəqiqliyə malikdir.
 
Buraxılışı dəyərləndirən ekspertlər qeyd edir ki, yeni silah növü dronlardan istifadə səmərəsini xeyli artıracaq.
 
Bundan öncə KİV-lər məlumat verib ki, Türkiyə yeni "Bayraktar TB3" zərbə dronunun sınağına hazırlaşır. Dron yığılan qanadlarla təchiz edilib, bu da PUA-nı desant gəmisində yerləşdirməyə və təsir radiusunu genişləndirməyə imkan verəcək.
 
2020-ci ilin yayında Rusiya İsraili Türkiyəyə "Pansir"ləri hədəfləyən "Bayraktar TB" PUA-larının satışında ittiham edib.
 
Həmin ilin yayında Ukrayna Türkiyənin Rusiya "Pansir"lərinin İsrail lisenziyası əsasında istehsal edilən "qatillərinin" ilk sınaqlarını keçirib.
 
2021-ci ildə Ermənistan-Azərbaycan hərbi münaqişəsinin bitməsindən sonra İsraildə buna xüsisi diqqət yetirilib ki, hərbi kampaniyanın nəticələri yüksək dəqiqli silahın savadlı və səmərəli istifadəsi hesabına Bakının xeyrinə həll edilib. 
 
Nümunə kimi Ermənistanın tank texnikası ilə Azərbaycan ordusunun istifadə etdiyi Türkiyə və İsrail istehsalı olan pilotsuz uçuş aparatları arasında döyüş təmasları misal gətirilib.
 
Ekspertlər İsrailin Bakıya tədarük etdiyi kamikadze-dronların səmərəliliyini yüksək qiymətləndirib. Onlar C-300 batareyaları və "Qrad" yaylım atəşli sistemlərini məhv edib.
 
İsrail və Suriya arasında mümkün münaqişə nöqteyi-nəzərindən onlar bu faktın vacibliyini qeyd edib ki, Azərbaycan PUA-ları düşmənin ərazisinin dərinliyində, aşağı hündürlükdə və dağ şəraitində fəaliyyətdə olub. Bu iki amil dronları faktiki olaraq əlçatmaz edib.
 
Qarabağda döyüş toqquşmasının yeni fazası mahiyyət etibarilə müasir savaşın nümayişi olub. Buna ən parlaq sübut tərəflərin praktiki olaraq Hərbi-Hava Qüvvələrindən istifadə etməməsidir.
 
İkinci Qarabağ münaqişəsi döyüş əməliyyatlarının aparılması üzrə əvvəlki təlimatları alt-üst edir. Bahalı olmayan manevr edən və yüksək dəqiqli silaha malik olan tərəf üstünlük qazanır. 
 
Piyadaların istifadə edilməsi ilə bağlı da format dəyişir. Zərbələr cəbhə xəttindən uzaq məsafədən və ya havadan endirildiyindən piyadaların sağ qalması səviyyəsi kəskin artır, canlı qüvvə itkisindən yan keçmək imkanı yaranır.
 
2022-ci ilin yanvarında Putinin Ərdoğana Rusiya ilə Ukrayna arasında müharibə baş verəcəyi halda iki tələbi olub: İsrail silahı uçmamalı və yad gəmilər üzməməlidir.
//mignews.com/news/politic/tureckij-dron-bayraktar-vpervye-porazil-cel-na-rasstoyanii-140-km.html
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin