"Qərbdə tarixin dərslərini unudaraq, Rusiya üzərində qələbəyə gətirib çıxaracaq revanş haqqında düşünürlər..."
"Rusiya iki dəfə ABŞ-ı parçalanmaqdan xilas edib, amma hər şeyin həddi var, rusiyalıların köməyinə daha bel bağlamasınlar..."
Rusiya istənilən düşməni məhv etmək iqtidarında olan müasir silaha malikdir.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev "Rossiyskaya qazeta"ya verdiyi geniş müsahibəsində bəyan edib.
Bu zaman o, əlavə edib ki, Rusiya "dözümlüdür və heç kimi özünün hərbi üstünlüyü ilə qorxutmur".
"Rusiyanın elə müasir unikal silahı var ki, öz mövcudluğuna təhlükə olacağı təqdirdə istənilən düşməni, o cümlədən ABŞ-ı məhv etmək iqtidarındadır", - Patruşev deyib.
O, həmçinin amerikalı sitasətçilərini Rusiyanın ABŞ-ın preventiv nüvə zərbəsinə cavab vermək qabiliyyətinin olmaması barədə əminliyini uzaqgörən olmayan və təhlükəli axmaqlıq adlandırıb.
"Özlərinin təbliğatının əsirində olan amerikalı suyasətçilərdə nədənsə belə bir əminlik var ki, Rusiya ilə birbaşa münaqişə baş verəcəyi halda ABŞ prevetiv nüvə zərbəsi endirəcək, bundan sonra Rusiya artıq cavab verə bilməyəcək, - Patruşev qeyd edib. - Bu, uzaqgörən olmayan axmaqlıqdır, həm də çox təhlükəlidir".
Nikolay Patruşev həmçinin qeyd edib ki, Qərbdə bəziləri "tarixin dərslərini unudaraq", Rusiya üzərində qələbəyə gətirib çıxaracaq revanş haqqında mülahizələr yürüdür.
Onun fikrincə, Rusiya artıq ABŞ-ı parçalanmaqdan xilas edib, amma hər şeyin həddi var, amerikalılar rusiyalıların köməyinə daha bel bağlamasınlar.
"Rusiya ən azı iki dəfə- müstəqillik uğrunda Müharibədə və Vətəndaş müharibəsində ABŞ-ı xilas edib, - Patruşev deyib. - Lakin güman edirəm ki, bu dəfə Birləşmiş Ştatlara öz bütövlüyünü saxlamağa kömək etmək məqsədəuyğun deyil".
Rusiya Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, Rusiyanın çoxəsrlik mədəniyyəti mənəviyyat, şəfqət və mərhəmətə əsaslanır.
"Rusiya ona yardım etmək üçün müracıət edən istənilən xalqın suverenliyi və dövlətçiliyinin tarixən müdafiəçisidir", - o, vurğulayıb.
Xatırladaq ki, Patruşevin müavini Dmitri Medvedev martın 22-də bəyan edib ki, nüvə müharibəsi təhlükəsi artıb və bu, Qərbin Ukraynaya hərbi yardımı ilə bağlıdır.
Onun sözlərinə görə, onlar Rusiya hakimiyyətinin qətiyyətinin dərəcəsini nəzərə almayıb və yanılıb.
Martın 25-də Rusiya prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahının yerləşdiriləcəyi barədə elan edib. Bundan başqa, iyul ayında Belarusda nüvə silahının saxlanc yerləri tikiləcək.
Kiyev nüvə silahının tətbiqinə yol verilməməsinə görə xüsusi məsuliyyət daşıyan BMT Təhlükəszlik Şurasının daimi üzvlərindən səmərəli tədbirlərin görülməsini gözləyir.

































































































