Nizami Rayon sakinləri "Qiyaslı" MTK-nın zülmündən Prezidentə şikayət etdilər + VİDEO

Hazırda oxunan: Nizami Rayon sakinləri "Qiyaslı" MTK-nın zülmündən Prezidentə şikayət etdilər + VİDEO

610791

Nizami rayonu Qaqa Qarayev prospekti 76 ünvanında yerləşən yaşayış binası sakinlərə xəbərdarlıq edilmədən sökülür.

Bu haqda Moderator.az -a həmin binanın sakinləri xəbər verib.

Söküntünü aparan şirkət isə "GIYASLI GROUP MTK"-dır. 

Sakinlərin bildirdiyinə görə, mənzillərdə yaşayış ola -ola "GIYASLI GROUP MTK" binanın söküntüsünə başlayıb. Söküntü aparan şirkət sakinlərin narazılığına məhəl qoymadan, onlarla razılaşmadan, heç bir müqavilə bağlamadan və xəbərdarlıq etmədən söküntü aparır. Əşyaları ətrafa səpələnən ev sahibləri hətta əraziyə buraxılmırlar. 

Nə edəcəklərini bilməyən vətəndaşlar çarəni ölkə başçısına müraciətdə görürlər. Onlar yalnız İlham Əliyevdən kömək gözləyirlər.

Moderator.az sakinlərin redaksiyamıza göndərdiyi dəhşət doğuran görüntüləri təqdim edir:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin