"ABŞ Ukraynaya 2,5 milyard məbləğındə zirehli texnika göndərir" - "Bloomberg"

Hazırda oxunan: "ABŞ Ukraynaya 2,5 milyard məbləğındə zirehli texnika göndərir" - "Bloomberg"

587891
"Ukraynaya tələb edilən qədər hərbi yardım göstəriləcək..."
 
"Bu gün Almaniyanın Ramştayn aviabazasında NATO və Avropa İttifaqı müdafiə nazirlərinin növbəti görüşündə Ukraynaya hərbi yardım, o cümlədən ağır silahlar tədarükü məsələsi müzakirə ediləcək..."
 
"Sayca 30-cu yardım paketinin qəbul edilməsilə Bayden administrasiyasının Ukraynaya göstərdiyi hərbi yardım 27, 5 milyard dollara çatacaq..."
 
"Yardım paketinə 90 ədəd "Stryker" ZTR, 59 ədəd "Bradley" döyüş maşını daxildir..."
 
"Finlandiya Ukraynaya dəyəri 500 milyard dollar olan 12-ci hərbi yardım paketi barədə elan edib..."
 
"Tallin bəyannaməsi"ni qəbul edən 9 ölkə Ukraynaya kollektiv qlobal hərbi yardım göstərmək barədə öhdəlik görürüb..."
 
Co Bayden administrasiyası Ukraynaya yeni böyük hərbi yardım paketi barədə elan edib. Buraya 90 ədəd "Stryker" zirehli transportyorlar, 59 ədəd "Bradley" döyüş maşını və bir çox digər silah daxildir.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın "Bloomberg" nəşri yazıb.
 
Qərb müttəfiqləri Rusiyanın bu yaz gözlənilən yeni yürüstü əməliyyatına başlamazdan öncə ölkəyə impuls verməyə ümid edir.
 
Dəyəri 2, 5 milard dollar təşkil edən paketə milyonlarla patron, onlarla artilleriya mərmiləri, gecə görmə cihazları və başqa avadanlıq daxildir", Pentaqon məlumat verib. Bu, münaqişə başlanandan ABŞ müdafiə nazirliyinin 30-cu yardım paketidir.
 
"Kremlin Ukraynanın kritik infrastruktur obyektlərinə son hava hücumları Rusiyanın Ukraynadakı hərəkətlərinin dağıdıcı nəticələrini yenidən nümayiş etdirib", - müdafiə nazirliyinin bəyanatında deyilir.
 
Bu elan Almaniyanın Ramştayn aviabazasında Ukrayna üzrə müdafiə nazirlərinin görüşü ərəfəsində edilib. Bir sıra Qərb ölkələri görüşdən öncə yeni silah partiyaları təklif edib. Məsələn, Böyük Britanitya bəyan edib ki, 600 ədəd yerüstü və ya hava mənzilli "Brimstone" raketləri verəcək, Danimarka isə Fransa istehsalı olan haubitsalar göndərəcək.
 
Həmçinin Finlandiya müharibə başlanandan ən böyük hərbi yardım tədarükü barədə anons edib. Təhlükəsizlik mülahizələrinə görə paketə hansı silahların daxil olması açıqlanmır. Lakin Finlandiyanın Ukraynaya sayca 12-ci hərbi yardım paketinin dəyəri yarım milyard dollar (400 milyondan çox avro) təşkil edəcək.
 
Bu ərəfədə Estoniya və İsveç də Ukraynaya silah veriləcəyini bəyan edib. Həmçinin 9 ölkə-Böyük Britaniya, Estoniya, Latviya, Litva, Polşa, Danimarka, Niderland, Slovakiya və Çexiya "Tallin bəyannaməsi" imzalayıb.
 
Bu ölkələr "Ukraynanı Rusiyanın qanunsuz və təhrik edilməyən təcavüzünə qarşı qəhrəmancasına müqavimətində dəstək vermək və döyüşən ölkəyə "kollektiv qlobal hərbi yardım göstərmək" barədə öhdəlik götürüb.
 
Bu gün Almaniyada "Ramştayn-8" formatında NATO və Avropa İttifaqı ölkələrinin müdafiə nazirlərinin görüşündə Ukraynaya ağır silahlar, o cümlədən "Leopard-2" alman tanklarının verilməsi məsələsinə baxılacaq.
 
ABŞ-ın yanacağa və texniki xidmətə yüksək tələbləri nəzərə alınaraq əsas "Abrams" M1 döyüş tankının veriləcəyi gözlənilir.
 
ABŞ-ın elan etdiyi yeni yardım paketi Bayden administrasiyasının işə başlayandan bəri Ukraynaya göstərilən hərbi yardım təxminən 27, 5 milyard dollara çatacaq.
 
Sammitdə çıxış edən ABŞ müdafiə naziri Lloyd Ostin Ukraynaya "tələb olunan qədər" dəstək göstəriləcəyini vəd edib. Onun sözlərinə görə, indi lənğimək zamanı deyil, müttəfiqlərin Ukraynaya Rusiya təcavüzündən müdafiə üçün yardım göstərilməsində qətiyyəti sarsılmazdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin