Ermənistanın Yeni il Şaxta babası sərhəddə Azərbaycana tərəf atəş açıb.
Moderator.az xəbər verir ki, bu haqda erməni teleqram-kanalları məlumat və video yayıb.
"Düzgün erməni Şaxta baba belə olmalıdır! Bir daha hər kəsin Yeni ili mübarək! Qoy bizə çoxdan gözlənilən qələbələr gətirsin!" - videoya şərhdə işğalçı xislətli haylar belə yazıb

Qeyd edək ki, Rusiyanın Novosibirsk şəhərində də Şaxta baba işğalçı xislətini büruzə verib. Belə ki, həmin şəhərin Ukraynaya təcavüzdə iştirak edən sakinlərindən birininn oğluna oyuncaq avtomat bağışlayıb
Sultan Laçın
































































































