Medvedyev "rus ayısı" ilə əlbəyaxa döyüşdə Avropanın ölümünü proqnozlaşdırıb...

Hazırda oxunan: Medvedyev "rus ayısı" ilə əlbəyaxa döyüşdə Avropanın ölümünü proqnozlaşdırıb...

575325
"Qərbin davranışları bir dəstə meşşanın sosislə araq və pivə vurandan sonra ilk dəfə olaraq buzlu suya girməsini xatırladır..."
 
"Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları ya malın yoxa çıxmasına, ya da onun bahalaşması ilə nəticələnir..."
 
Rusiya neftinə qiymət həddini təsdiq edən Qərb ölkələrini "rus ayısı" ilə qeyri-bərabər əlbəyaxa döyüşdə ölüm gözləyir.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedyev bəyan edib. Məlumatı "URA.NEWS" nəşri yayıb.
 
"Dostlarımızın" bu hərəkətləri mənə bir dəstə meşşanın sosislə araq və pivədən vurandan sonra ilk dəfə olaraq buzlu suya giriməsini xatırladır. Onların bir hissəsi boğulacaq. Onları dəfn edərkən rus ayısı və general Morozla qeyri-bərabər əlbəyaxa döyüşdə məğlub olmaları barədə kədərli badələr qaldıracaqlar", - Medvedev özünün Telegram-kanalında yazıb.
 
Medvedevin sözlərinə görə, Qərbin hərəkətləri ucbatından neftin qiymətləri ilə "nəsə ağlasığmaz bir şey" baş verəcək və bu, istehlakçıya yaxşı heç nə vəd etmir.
 
O, həmçinin qeyd edib ki, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar tətbiq etmək cəhdlərinin hamısı ya malın yoxa çıxması, ya da onun bahalaşması ilə nəticələnir.
 
Xatırladaq ki, dekabrın 5-də Qərb ölkələri Rusiya neftinə qiymət həddini müəyyən edib. Onlara bir barrel nefti 60 dollardan yuxarı almaq qadağan edilib.
 
Rusiya hakimiyyəti, həmçinin xarici analitiklər qeyd edib ki, bu, enerjidaşıyıcılarının alıcılarının özlərinə ziyan vuracaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin