Sən Leyli ad-sanında, kiməm sənin yanında...?

Hazırda oxunan: Sən Leyli ad-sanında, kiməm sənin yanında...?

67350
Moderator.az şair-publisist Heydər Oğuzun daha bir məhəbbət şeirini oxuculara ərməğan edir:





Haqqım yox sənə olan
Sevgim ilə öyünəm,
Sənsizlik həsrətindən 
Gileylənəm, deyinəm.
Mən sənin heç nəyinəm!

Artıq yadam o könlə,
Nə duy məni, nə dinlə!
Nə olsun, həsrətinlə
Qəlbi düyün-düyünəm?
Mən sənin heç nəyinəm!

Sən Leyli ad-sanında
Kiməm sənin yanında?
Məcnun kimi canında
Ürəyəm ki, döyünəm?
Mən sənin heç nəyinəm!

Köhnəlmiş oyuncağam,
Yaraşmıram qucağa.
Nə sən həminki çağa,
Nə mən o ərköyünəm.
Mən sənin heç nəyinəm!

Sənə nə ya gülürəm,
Ya qüssədən ölürəm?
Bunu çoxdan bilirəm-
Sanma ki, kütbeyinəm,
Mən sənin heç nəyinəm!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin