Müasir Azərbaycan ədəbiyyatı”x9d antologiyası Moskvada işıq üzü gördü

Hazırda oxunan: Müasir Azərbaycan ədəbiyyatı”x9d antologiyası Moskvada işıq üzü gördü

109051
Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin ikicildli “Müasir Azərbaycan ədəbiyyatı”x9d (nəsr və poeziya) antologiyası işıq üzü görüb. Moskvanın “U Nikitskix vorot”x9d nəşriyyatı tərəfindən nəfis tərtibatla nəşr olunmuş ikicildlikdə Azərbaycanın məşhur yazıçı və şairləri ilə yanaşı, müasir ədəbi gəncliyin nümayəndələri də təmsil olunur.

İkicildlik, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması və təbliği ilə bağlı Mərkəzin həyata keçirdiyi irimiqyaslı “Milli Ədəbiyyatın Təbliği”x9d layihəsi çərçivəsində nəşr olunmuşdur. Hər iki kitabın önsözünün müəllifi, Rusiya Yazıçılar Birliyinin sədr müavini, tanınmış yazıçısı Valeri İvanov-Taqanskidir.

Kitabların təqdimat mərasiminin yaxın vaxtlarda Rusiya Yazıçılar Birliyinin iştirakı ilə Moskvada keçiriləcəyi nəzərdə tutulur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin