ABŞ və Ukrayna arasında keçirilən danışıqlar yaxşı və konstruktiv olub.
Bizim.Media xəbər verir ki, bunu Norveçin Baş naziri Yonas Qar Stere bildirib.
Bundan başqa Finlandiya Prezidenti Aleksandr Stubb bidirib ki, danışıqlar qısa və uzunmüddətli perspektivdə real irəliləyişə nail olmağa imkan verib:
"Biz sabah Sankt-Peterburqda təqdim olunacaq bəzi sülh razılaşmalarına nail olduq. Bizim vəzifəmiz müharibəyə son qoymaq üçün mümkün olan hər şeyi etməkdir. Hesab edirəm ki, bu gün doğru istiqamətdə bir addım oldu".
Stubbun sözlərinə görə, danışıqlar əsas məsələlər üzərində cəmlənib:
“Biz hava hücumundan müdafiə, energetika, eləcə də enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün qismən atəşkəs məsələlərini müzakirə etdik”.
Qeyd edək ki, Osloda Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uittkoffun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. görüşdə Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Stere də iştirak edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:08 / 20.10.2026
Oslo görüşündə SÜLH MESAJI: Razılaşmalar əldə edilib
Hazırda oxunan: Oslo görüşündə SÜLH MESAJI: Razılaşmalar əldə edilib
Hazırda oxunan: Oslo görüşündə SÜLH MESAJI: Razılaşmalar əldə edilib
643337
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































