"İki seçimimiz var" - Emin Əmrullayev

Hazırda oxunan: "İki seçimimiz var" - Emin Əmrullayev

640457

“Bu gun cəmiyyətin müzakirə etdiyi məsələlərin 50 faizdən çoxu şagird haqqında yox, digər məsələlər barədədir. 

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışında bildirib. 
 

Nazirin sözlərinə görə, 45 dəqiqənin, günün, ayın sonunda məktəb və valideyn əmin olmalıdır ki, şagird öyrənir. "Şagirdlər öyrənirmi" sualını cavablandırmadan başqa məsələləri müzakirə etmək doğru deyil. 


"Təhsilin əlçatan, keyfiyyətli və hər bir vətəndaş üçün bərabər imkanlar baxımdan eyni olmasına çalışırıq. PISA nəticələri göstərir ki, irəli getmək üçün işlərimiz çoxdur". 

Nazir qeyd edib ki, qarşıda  iki seçim var: ya özünütənqid və inkişaf, ya da bir-birimizi tərifləmək.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin