ANS-in keçmiş əməkdaşı bu televiziyaya direktor təyin olundu

Hazırda oxunan: ANS-in keçmiş əməkdaşı bu televiziyaya direktor təyin olundu

640448

"MTV Azərbaycan"a yeni icraçı direktor təyin olunub.

Bizim.Media xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Sevinc Tahirova təyin edilib.
 

Sevinc Tahirova sentyabr ayında "MTV Azərbaycan" telekanalının Marketinq Departamentinin rəhbəri vəzifəsinə təyin olunmuşdu.


O, bu vəzifəsinə qədər özəl şirkətlərdən birində departament rəhbəri kimi fəaliyyət göstərib.

Əvvəlki illərdə ölkənin aparıcı televiziya kanallarında da fəaliyyət göstərən S.Tahirova, 2015-2016-cı illərdə ANS TV-də jurnalist, 2007-2010-cu illərdə isə Lider TV-də jurnalist və ictimaiyyətlə əlaqələr mütəxəssisi vəzifələrində çalışıb. (Yurd.media) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin