Sabah 35 dərəcə isti olacaq

Hazırda oxunan: Sabah 35 dərəcə isti olacaq

636721

Bakıda və Abşeron yarımadasında sentyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gcə 70-75 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısından bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 22-27° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin