Ötən gün Qəbələ rayonunun dağlıq ərazilərinə yağan güclü leysan yağışları Qəbələ-Laza avtomobil yolunda ciddi fəsadlar törədib.
Bizim.Media xəbər verir ki, mütəmadi aparılan bərpa işlərinə baxmayaraq, növbəti güclü yağışların səbəb olduğu sel suları yolun müəyyən hissələrini yuyaraq yararsız hala salıb.
Bu səbəbdən nəqliyyatın hərəkətində çətinliklər yaranıb və əraziyə gələn turistlərin kəndə gedişi məhdudlaşıb.
Qəbələ Rayon Su Melorasiya Sistemləri İstismarı İdarəsindən verilən məlumata görə, Dəmiraparançaya gələn güclü sel Laza yolunun bir hissəsini tamamilə sıradan çıxarıb. Hazırda idarənin bir ədəd “Shantui SD-22” markalı buldozeri əraziyə cəlb olunub və bərpa işlərinə başlanılıb.
Qurum rəsmiləri onu da vurğulayıb ki, hazırda Laza kəndinə gediş-gəlişdə hər hansı bir məhdudiyyət yoxdur.
Sakinlərin və qonaqların təhlükəsiz hərəkəti alternativ yol vasitəsilə tam təmin edilib. Dağılmış yolun yaxın günlərdə tam bərpa edilərək yenidən istifadəyə verilməsi planlaşdırılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:27 / 03.09.2026
Qəbələdə güclü sel Laza yolunu dağıtdı
Hazırda oxunan: Qəbələdə güclü sel Laza yolunu dağıtdı
Hazırda oxunan: Qəbələdə güclü sel Laza yolunu dağıtdı
634555
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































