İspaniya və Yunanıstan qarşısında tələb: Ukraynaya "Patriot" raketləri verilməlidir

Hazırda oxunan: İspaniya və Yunanıstan qarşısında tələb: Ukraynaya "Patriot" raketləri verilməlidir

634183

NATO və Avropa İttifaqı İspaniya və Yunanıstana təzyiq göstərərək onları "Patriot" zenit-raket kompleksləri üçün raket-qırıcılardan ibarət ehtiyatlarını Ukraynaya təhvil verməyə çağırır.

Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Müzakirə olunan variantlardan biri kimi, Norveç tərəfindən Barselona və Afinadan sursatların alınması və daha sonra onların Kiyevə ötürülməsi nəzərdən keçirilir.

Belə bir razılaşmanın detalları sentyabrın 1-2-də Aİ ölkələrinin müdafiə və xarici işlər nazirlərinin Dublin şəhərində keçiriləcək görüşündə müzakirə olunacaq.

Agentlik qeyd edir ki, İspaniya və Yunanıstan "Patriot" sistemləri üçün PAC-2 tipli raketlərin ən böyük ehtiyatına malik ölkələrdəndir. Lakin həmin ehtiyatların bir hissəsinin istifadə müddəti artıq başa çatmaq üzrədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin