ABŞ-ın İrana qarşı hərbi əməliyyatının başlamasından sonra Yaxın Şərqi tərk edən amerikalı diplomatların regiondakı səfirliklərə qaytarılmasına başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.
Bildirilib ki, ABŞ Dövlət Departamenti bu həftə Yaxın Şərqdə çalışan əməkdaşlarının mövcudluğu ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətləri aradan qaldırmağa başlayıb.
Lakin regiondakı əksər ABŞ diplomatik missiyaları hələlik tam heyətlə fəaliyyətə qayıtmayacaq.
Məlumata görə, qərar Vaşinqtonun İran siyasətindəki dəyişikliklə deyil, Dövlət Departamentinin kadr siyasəti ilə bağlıdır.
Bizim.Media



































































































