Həmkarlar ittifaqı üzvləri üçün növbəti tibbi aksiya keçirildi – FOTO

Hazırda oxunan: Həmkarlar ittifaqı üzvləri üçün növbəti tibbi aksiya keçirildi – FOTO

632078

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) “Görməyə dəyər” sosial layihəsi çərçivəsində növbəti tibbi müayinə “Referans Medical Group”un tərəfdaşlığı ilə “Abşeron” sağlamlıq və istirahət mərkəzində təşkil olunub.

Həmkarlar ittifaqlarının mərkəzdə istirahət edən və müalicə kursu keçən 67 üzvünün həkim-oftalmoloq tərəfindən ödənişsiz göz müayinəsi aparılıb.

Müayinə zamanı görmə qabiliyyətində problem aşkarlanan şəxslərə həkimlər tərəfindən zəruri tibbi məsləhətlər verilib və müvafiq müalicə kursları təyin olunub.

Qeyd edək ki, vətəndaşların sağlamlığının qorunmasına və xəstəliklərin erkən aşkarlanmasına xidmət edən “Görməyə dəyər” sosial layihəsi çərçivəsində keçirilən tibbi müayinələr indiyədək 370-ə yaxın şəxsi əhatə edib.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin