Hərbi biletlə bağlı qərar: Onlar 200 manat cərimə olunacaqlar – RƏSMİ

Hazırda oxunan: Hərbi biletlə bağlı qərar: Onlar 200 manat cərimə olunacaqlar – RƏSMİ

632107

Hərbi biletin qəsdən korlanılmasına və ya itirilməsinə görə cərimə tətbiq edilir.

Bizim.Media xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, hərbi vəzifəlilər və çağırışçılar hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsinə əsasən xəbərdarlıq edilir və ya 200 manat məbləğində cərimələnirlər.
 

Məlumata görə, itirilmiş və ya korlanmış hərbi biletlərin əvəzinə yeni hərbi biletin verilməsi üçün ərizə, təsdiq olunmuş şəxsiyyət vəsiqəsinin surəti, qeydiyyat kartasının surəti, inzibati xəta haqqında protokol və cərimənin ödənilməsi barədə qəbz və ya xəbərdarlıq edilməsi haqqında qərar, həmçinin 3×4 ölçüdə 2 ədəd fotoşəkil təqdim edilməlidir.


İtirilmiş hərbi biletin əvəzinə yenisi verilərkən əlavə olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumlarından hərbi biletin tapılmamasına dair arayış da tələb olunur.

Təbii fəlakət, yanğın və digər bu kimi hallar nəticəsində hərbi bilet itirildikdə və ya korlandıqda isə hadisəni təsdiq edən müvafiq qurumun arayışı təqdim edilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin