Lisey və gimnaziyalara sənəd qəbulu BAŞLADI

Hazırda oxunan: Lisey və gimnaziyalara sənəd qəbulu BAŞLADI

632087

2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara qəbul olunan şagirdlər üçün şagirdlərin elektron yerdəyişməsi sistemində (sy.edu.az) avtomatik sorğular yaradılıb.

Bu barədə Bizim.Media-ya Təhsil İnstitutundan məlumat verilib.

Qeyd olunub ki, qəbul olunan şagirdlərin sənədləri 27 avqust saat 12:00-dək qəbul olunduqları təhsil müəssisəsinə təqdim edilməlidir.

Sənədlərin təqdim edilməsi üçün valideyn və ya qanuni nümayəndə şagirdin şəxsi kabinetinə daxil olaraq elektron ərizəni çap etməli və imzalamalıdır. Daha sonra imzalanmış elektron ərizə şagirdin hazırda təhsil aldığı məktəbə təqdim edilməli, şəxsi iş götürülərək qəbul olunduğu lisey və ya gimnaziyaya təqdim edilməlidir. Valideynlər qəbul prosesi ilə bağlı məlumatları şəxsi kabinetdə yerləşən “Sorğularım” bölməsindən izləyə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin