Zelenski baş naziri işdən çıxardacaq

Hazırda oxunan: Zelenski baş naziri işdən çıxardacaq

624815

Ukrayna Prezidenti Volodimir Zelenski dövlət idarəçiliyində yeni bir mərhələyə keçildiyini bəyan edib.

Bizim.Media xəbər verir ki, Prezident Nazirlər Kabinetində və hüquq-mühafizə sisteminin rəhbərliyində ciddi dəyişikliklərin ediləcəyini elan edib.

Zelenskinin sözlərinə görə, ölkə artıq yeni iş modelinə keçir. Bu modelə əsasən, hər bir mühüm beynəlxalq istiqamətə müvafiq təcrübəyə malik olan konkret bir məmur cavabdehlik daşıyacaq.
 

Dəyişikliklər çərçivəsində Baş nazir Yuliya Sviridenko ilə məsələni müzakirə edən Zelenski, ona yeni bir vəzifə təklif edib. Prezidentin sözlərinə görə, Sviridenkoya "əsas tərəfdaşlardan biri ilə münasibətlərdə yeni və mühüm bir istiqamətə" rəhbərlik etmək təklif olunub.


Bu addım Ukraynanın beynəlxalq tərəfdaşlıqları gücləndirmək və dövlət idarəçiliyinin səmərəliliyini artırmaq strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin