Zimbabvedə ağır qəza - Avtobus yük maşını ilə toqquşdu, 27 nəfər öldü

Hazırda oxunan: Zimbabvedə ağır qəza - Avtobus yük maşını ilə toqquşdu, 27 nəfər öldü

633735

Zimbabvedə marşrut avtobusu ilə yük maşınının toqquşması ağır qəza ilə nəticələnib. Hadisə zamanı azı 27 nəfər həyatını itirib.

Bizim.Media “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə Zimbabve polisinin nümayəndəsi Pol Nyati məlumat verib.

Qəza cümə günü axşam paytaxt Hararedən təxminən 132 kilometr məsafədə, Çivhu şəhəri yaxınlığındakı əsas avtomobil yolunda baş verib.
 

Polisin məlumatına görə, hadisə yük maşınının başqa bir nəqliyyat vasitəsini ötməyə çalışdığı vaxt meydana gəlib. Qəzaya uğrayan avtobusda dini təşkilatın konfransına gedən sərnişinlər olub.


Toqquşmadan sonra avtobusda yanğın başlayıb və nəqliyyat vasitəsi, demək olar ki, tamamilə yanıb. Hazırda polis hər iki nəqliyyat vasitəsində neçə nəfərin olduğunu dəqiqləşdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin