Trampın nitqi üzərindən fırıldaq edən işçi ifşa edildi

Hazırda oxunan: Trampın nitqi üzərindən fırıldaq edən işçi ifşa edildi

633694

Trampın çıxışları üzərindən qumar oynayan telesuflyor operatoru ifşa edilib və ona 172 min dollar cərimə kəsilib.

Bizim.Media xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

ABŞ-də Prezident Donald Trampın çıxışları zamanı telesuflyor aparatını idarə edən operator dövlət başçısının işlədəcəyi sözlər üzərindən qanunsuz mərc oyunları təşkil etdiyi üçün saxlanılıb.
 

Həmin şəxs Trampın nitqlərində hansı konkret ifadələri və sözləri seçəcəyini əvvəlcədən bilərək proqnoz platformalarında davamlı mərclər edib və bu fırıldaq yolla 107 min dollardan çox qazanc əldə edib.


Komissiyanın rəsmi qərarı ilə həmin şəxs qanunsuz qazandığı bütün vəsaiti dövlət büdcəsinə geri ödəməli, həmçinin əlavə olaraq 65 min dollar cərimə verməlidir. Bununla da onun ümumi cərimə yükü 172 min dolları ötüb. Bundan başqa, operatora yaxın 3 il ərzində hər hansı proqnoz platformasında mərc etmək rəsmən qadağan edilib. (Teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin