İnsanların qidalanma vərdişlərini dəyişməkdə çətinlik çəkməsinin əsas səbəblərindən biri sevdikləri yeməklərlə bağlı xatirələr və ailə ənənələri ola bilər. Yeni araşdırma göstərib ki, insanlar müəyyən qidalara bəzən onların dadından daha çox, keçmişdə yaşadıqları hadisələr və sosial mühit səbəbindən bağlanırlar.
Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, Stirlinq Universitetinin alimləri 24 ət yeyən şəxslə onların qida vərdişləri və yeməklərlə bağlı xatirələri barədə müsahibələr aparıblar.
Araşdırma zamanı müəyyən edilib ki, insanların ət və digər heyvan mənşəli məhsullardan hazırlanmış qidalara bağlılığı çox vaxt həmin yeməklərin ailə toplantıları, bayramlar, uşaqlıq və digər önəmli xatirələrlə əlaqəsindən qaynaqlanır.
Tədqiqatçılar iştirakçılardan qidalanma vərdişlərini dəyişməyi təsəvvür etmələrini istəyiblər. Bundan sonra onların əksəriyyəti bu dəyişikliklərə əvvəlkindən daha müsbət yanaşıb.
Alimlərin fikrincə, qidalanma vərdişlərini dəyişmək yalnız sağlamlıq və ya dad məsələsi deyil. Yeməklər insanların ailə, mədəniyyət və aidiyyət hissi ilə də bağlıdır.
Buna görə də ət və digər heyvan mənşəli məhsullardan imtina etməyə yönəlmiş çağırışlarda bu amillər də nəzərə alınmalıdır.
Tədqiqatçılar hesab edirlər ki, insanların uşaqlıqdan xatırladığı və mədəni əhəmiyyət daşıyan yeməklərin bitki mənşəli ərzaqlarla hazırlanması bu keçidi asanlaşdıra bilər. Beləliklə, insanlar həm sevdikləri yeməklərə bənzər dadları qoruyar, həm də yeni qidalanma vərdişləri formalaşdıra bilərlər.
Bizim. Media

- A-
- A
- A+
Cəmiyyət
21:52 / 29.08.2026
İnsanlar sevdikləri yeməklərdən niyə imtina edə bilmir? – Səbəb yalnız dad deyil
Hazırda oxunan: İnsanlar sevdikləri yeməklərdən niyə imtina edə bilmir? – Səbəb yalnız dad deyil
Hazırda oxunan: İnsanlar sevdikləri yeməklərdən niyə imtina edə bilmir? – Səbəb yalnız dad deyil
633713
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































