BMT TŞ Rusiyanın “Şimal axını” ilə bağlı qətnaməsini qəbul etməyib

Hazırda oxunan: BMT TŞ Rusiyanın “Şimal axını” ilə bağlı qətnaməsini qəbul etməyib

617048

BMT Təhlükəsizlik Şurası “Şimal axını”nda təxribatla bağlı beynəlxalq araşdırmaya dair Rusiya-Çin qətnaməsini dəstəkləməyib.

 

Bu barədə TASS məlumat yayıb.

Qətnaməni üç ölkə dəstəkləyib, əleyhinə səs verən olmayıb, 12 ölkə bitərəf qalıb.

Rusiya, Çin və Braziliya layihənin lehinə səs verib, Albaniya, Böyük Britaniya, Qabon, Qana, Malta, Mozambik, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Fransa, İsveçrə, Ekvador, Yaponiya bitərəf qalıb.

Qətnaməni Belarus, Venesuela, Şimali Koreya, Nikaraqua, Suriya və Eritreya da dəstəkləyib. Lakin onlar BMT Təhlükəsizlik Şurasının üzvü olmadığı üçün səsvermədə iştirak etməyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin