Eyni gündə 274 nəfər dünyanın ən yüksək zirvəsinə QALXDI – FOTO- VİDEO

Hazırda oxunan: Eyni gündə 274 nəfər dünyanın ən yüksək zirvəsinə QALXDI – FOTO- VİDEO

614581

Mayın 19-da 274 alpinist dünyanın ən hündür zirvəsi olan Everestə qalxıb.

Bizim.Media “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Nepal hökumətindən məlumat verilib.

Bu, Nepal marşrutu üzrə bir gündə qeydə alınan ən yüksək göstəricidir.

Rəsmilər bildirir ki, rəqəm daha da arta bilər, çünki bəzi ekspedisiyalar hələ rəsmi təsdiqlənməyib.

Mütəxəssislər isə alpinist sayının artmasının xüsusilə “ölüm zonası”nda sıxlıq və təhlükə risklərini artırdığını qeyd edirlər.

Qeyd edək ki, əvvəlki rekord 2019-cu ildə 223 nəfərlə qeydə alınmışdı.

Xatırladaq ki, Everest (8 849 m) Nepal və Çin sərhədində yerləşir. Bu il Çin tərəfində icazələr verilmədiyi üçün bütün ekspedisiyalar Nepal tərəfdən həyata keçirilib.


 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin