“ABŞ Ukrayna müharibəsi fonunda adıçəkilən ölkəyə dəstək verməkdən daha çox şey edir”.
Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ hərbi nəşri məlumat yayıb. Nəşr bildirib ki, rəsmi Vaşinqton Ukrayna müharibəsinin gedişini diqqətlə izləyir və bundan müvafiq dərslər çıxarır. Məqsəd Çin ilə mümkün toqquşmaya daha yaxşı hazırlaşmaq və müharibədə uğur qazanmaqdır.
Hərbi nəşr qeyd edib ki, dünyada növbəti böyük münaqişənin nə olacağı, ABŞ-ın gələcəkdə meydana çıxan qaynar nöqtələrə İraq və Əfqanıstanda olduğu kimi qoşun göndəırib-göndərməyəcəyi, yaxud Ukraynaya verdiyi kimi böyük dəstək verib-verməyəcəyi bəlli deyil. Hələlik bəlli olan bir həqiqət var ki, bu da Çinin Amerika üçün ən böyük narahatlıq mənbəyi olaraq qalmasıdır.
ABŞ hərbi rəsmiləri deyirlər ki, Pekin 2027-ci ilə qədər özünü idarə edən Tayvan adasını işğal etməyə hazır olmaq istəyir. ABŞ isə ada demokratiyasının əsas müttəfiqi və müdafiə silahlarının tədarükçüsü olaraq qalır. Bu baxımdan yaxın gələcəkdə ABŞ və Çinin hərbi müstəvidə üz-üzə gəlmək ehtimalı yüksək olaraq qalır.
Seymur ƏLİYEV
































































































