22 yaşlı dəstə başçısının lüks həyatı gündəmdə - VİDEO+FOTO

Hazırda oxunan: 22 yaşlı dəstə başçısının lüks həyatı gündəmdə - VİDEO+FOTO

591029

Türkiyənin bir çox vilayətində vətəndaşların telefonlarına müxtəlif məzmunlu linklər göndərən xaker dəstəsi üzvləri linklərə klikləmiş şəxslərdən əldə etdikləri məlumatlarla 14200 nəfəri aldadıblar.

Konya mərkəzli 5 vilayətdə həyata keçirilən əməliyyatda aralarında 22 yaşlı şəbəkə başçısı da daxil olmaqla 10 nəfər həbs edilib.

RR kod adlı dəstə başçısının Türkiyədə ilk 10 qeyri-qanuni xaker arasında olduğu və əldə etdiyi cinayət elementindən milyonlarla lirə ilə dəbdəbəli həyat sürdüyü müəyyən edilib.

RR kod adlı 22 yaşlı Ramazan Ç. basqın zamanı cinayət başında yaxalanıb. Eyni zamanda keçirilən əməliyyatlar zamanı dəstə üzvü olan 14 şübhəli şəxslər də saxlanılıb. Dəstə başçısının ələ keçirildiyi ünvanda axtarış aparan qruplar 49 mobil telefon, 52 debet/kredit kartı, 25 sim kart, 12 noutbuk, 6 hard disk, 1 kompüter seyfi, 1 planşet, 1 kamera, 1 polad seyf tapıblar. Eyni zamanda yeni növ şəxsiyyət və sürücülük vəsiqəsi və başqa şəxslərin adına verilmiş təşkilat sənədi, 6 min ABŞ dolları, 19 min lirə pul, 155 avro, 200 Danimarka kronu, 47 ədəd narkotik həb, 1,9 qram heroin, 3 ədəd qılınc tipli kəsici alət və 1 ədəd saxta pasport ələ keçirilib.

Musavat.com

Milyonluk vurgun! 22 yaşındaki çete liderinin lüks yaşantısı dikkat çekti

Milyonluk vurgun! 22 yaşındaki çete liderinin lüks yaşantısı dikkat çekti

Milyonluk vurgun! 22 yaşındaki çete liderinin lüks yaşantısı dikkat çekti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin