Satanistlər dirçəlir...

Hazırda oxunan: Satanistlər dirçəlir...

55345
Satanistlərin Nyu-York şəhərindəki sektası Amerika məktəblərində satanist ədəbiyyatı təbliğ edəcəklər.

Ateistlər və Yevangeliya xristianları kilsəsinin nümayəndələri məktəb şagirdlərinə öz kitabçalarını payladıqdan sonra satanistlər də məktəblərdə özlərini təbliğ etməyi qərara alıblar.

Satanistlər öz bəyanatlarında bildiriblər ki, xristianlar öz kitabçalarını yaydığı bir zamanda onlar səssiz qala bilməzlər. “Biz əmin olmalıyıq ki, məktəblilər bütün dinlərin ədəbiyyatını əldə edə bilirlər. Bir dini cərəyanın gənclər arasında təbliğatı gedən bir vaxtda biz kənarda qala bilmərik. 

Bundan başqa, məktəblilər arasında yayılacaq kitablardan biri “Uşaqlar üçün böyük satanist fəaliyyət kitabı”dır”, - deyə Lüsyen Qrivs məbədinin yaradıcısı əlavə edib. Onun sözlərinə görə, kitabda xüsusilə uşaqların özlərini cismi cəzalardan qoruma üsulları göstərilib.

Məktəbin nümayəndələri isə bildiriblər ki, Satana məbədindən onlara hələ ki, müraciət olunmayıb. Amma əgər müraciət olunarsa, məktəb onların materiallarını nəzərdən keçirməyə hazırdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin