NATO Qara dənizdə 3 gəmisini hazır saxlayır

Hazırda oxunan: NATO Qara dənizdə 3 gəmisini hazır saxlayır

46370

Ukraynada mərkəzi hakimiyyətin şərq vilayətlərinə nəzarəti getdikcə zəifləməkdə davam edir. Ölkənin daxili işlər naziri Arsen Avakovun sözlərinə görə, Slavyans və Krematorskda dövlət funksiyalarının icrası faktiki olaraq mümkün deyil:“Bu səbəbdən hökumət sosial ödənişlərin tamamilə dayandırılmasına qərar verib. Dövlət ehtiyacları üçün ayrılan vəsait, pensiyalar, əmək haqları və digər ödənişlər mayın 19-dan dayandırılır. Banklar normal fəaliyyətə dönənə qədər həmin vəsait mərkəzdə saxlanacaq”.


Avakov deyib ki, əsas məqsəd həmin vəsaitin separatçıların əlinə keçməməsidir: “Artıq bir müddətdir separatizm meylləri artan bölgələrdə bu tendensiya müşayiət olunur. Yerli bank rəhbərlərinin üzərinə silah çəkən separatçılar onlardan külli miqdarda vəsait alıblar. İndi vətəndaşlar arxayın olsun ki, həmin vəsait dövlətdədir. Asayişi qısa zamanda bərpa etdikdən sonra ödəmələr həyata keçiriləcək”.

Mayın 2-də Odessa Həmkarlar Birliyinin binasında baş verən və 32 nəfərin ölümü ilə nəticələnən faciənin səbəbi binaya xloroform maddəsi səpilməsi olub. Faciə ilə bağlı yaradılan dövlət komissiyasının gəldiyi nəticə belə olub. Bu haqda yerli mediaya açıqlama verən Ukrayna daxili işlər nazirinin müavini Vitali Sakal deyib ki, binaya baxış keçirilən zaman bütün mərtəbələrdə qısa zamanda ağ ciyərlərin funksiyasını dayandıran xloroform maddəsi aşkar edilib. Sakal deyib ki, indi istintaq maddəni kimin nə zaman binaya yerləşdirdiyini araşdırılır. Ukrayna bu işə mütəxəssisləri ilə yardım göstərməsi üçün İsrailə müraciət edib. 

Rusiya prezidenti Vladimir Putinin mayın 7-də verdiyi açıqlamalar isə boş söz imiş. Yada salaq ki, mayın 7-dəki çıxışında Putin Ukrayna sərhədindəki Rusiya qoşunlarının geri çəkilməyə başladığını demişdi.

NATO-nun baş katibi Anders Foq Rasmussen Rusiyanın öz ordularını Ukrayna sərhədindən geri çəkməsi ilə bağlı heç bir fakt olmadığını bildirib. Bu haqda fikrilərini Twitter hesabından paylaşan NATO baş katibi yazır ki, Rusiya qoşunlarının geriyə doğru heç bir hərəkəti müşahidə edilməyib: “Buna təəssüf edirəm”.

NATO-nun qərarına görə mayın sonuna qədər Fransanın "Sürkuf" freqatı, "Düpüi de Lom" kəşfiyyat gəmisi və ABŞ-ın "Vella Qalf" kreyseri Qara dənizdə qalacaq.  

İndi "Düpüi de Lom" kəşfiyyat gəmisi Bolqarıstanın Varna limanındadır. Mayın 14-də Qara dəniz sularına çıxan gəmidəki cihazlar çağdaş məlumat ötürmə növlərinin hamısını, o cümlədən elektron poçt ismarışlarını və mobil telefon danışıqlarını tutmaq imkanındadır. 

Bu arada bəlli olub ki, Ukraynada Kommunist Partiyasının fəaliyyəti qadağan oluna bilər. Ukrayna Təhlükəsizlik Xidmətinin partiyanın fəaliyyəti ilə bağlı apardığı araşdırmada qurumun konstitusiya əleyhinə çalışdığı ortaya çıxıb. Bu haqda Kiyevdə keçirdiyi mətbuat konfransında çıxış edən Təhlükəsizlik Xidmətinin rəisi Valentin Nalivayçenko deyib ki, artıq bu haqda hesabat Ədliyyə Nazirliyinə göndərilib: “Apardığımız araşdırmalar zamanı Ukrayna Kommunist Partiyasının ölkə konstitusiyasının tələblərini pozaraq Luqanskda qanunsuz, bəzən isə təşkil olunmuş əməliyyatlarda iştirakı, bir sıra fiziki şəxslərin bank hesablarındakı vəsaitləri qanunsuz silməsi, gəlirlər haqqında deklarasiyalarda saxtakarlıqlara yol vermələri aşkar olunub”.
 
Ukrayna prezidentinin vəzifələrini icra edən Aleksandr Turçinov da Ədliyyə Nazirliyinə UKP ilə bağlı qısa zamanda gərəkli qərarlar verilməsi üçün müraciət edib. Turçunov ölkənin konstitusion düzənin pozan Kommunist Partiyasını fəaliyyətinin qadağan olunmasını istəyib.

Ölkənin ədliyyə naziri Pavel Petrenko isə unian. net-də deyib ki, nazirlik məsələ ilə bağlı ən qısa zamanda qərar verəcək: “Ukraynada dövlət əleyhinə fəaliyyət göstərən istənilən birliyi eyni aqibət gözləyir”.
Musavat.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin