İranda bələdiyyə üzvü qadın gözəl olduğuna görə işdən çıxarılıb

Hazırda oxunan: İranda bələdiyyə üzvü qadın gözəl olduğuna görə işdən çıxarılıb

32129

 

Moderator.az-ın  apa-ya  istinadən verdiyi məlumata görə, Nina Siyahəkali Muradi bu il iyunun 14-də keçirilmiş bələdiyyə seçkilərində 163 namizəd arasında 9400 səs toplayaraq 14-cü sırada qərarlaşaraq Əliabadi qəsəbəsindən Qəzvin Şəhər Bələdiyyə Şurasına üzv seçilib.

 Ancaq seçkilərin nəticələrinin elan olunmasından 50 gün sonra mühafizəkarlar birləşərək onu bələdiyyə üzvlüyündən kənarlaşdırıblar. Onun seçki təbliğatı zamanı divarlara vurduğu plakatlardakı fotolarında hicab taxma qaydasının şəriətə zidd olduğu əsas gətirilir.

 Lakin kompyuter sistemlərinin arxitekturası üzrə böyük mütəxəssis olan N. Muradinin həmin fotolarda tamamilə şəriət qaydalarına əməl etdiyi görünür.

 

Bəzi məlumatlarda isə onun işdən çıxarılmasına həddindən artıq gözəlliyinin səbəb olduğu qeyd edilir. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin