Obama iftar süfrəsi verdi

Hazırda oxunan: Obama iftar süfrəsi verdi

31206

 

Moderator.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama bir neçə saat əvvəl Ağ Evdə müsəlmanlar üçün iftar süfrəsi verib. Obama (yeməkdən əvvəl) Amerikalı müsəlmanlara sahibkarlar, texnoloqlar, tibb sahəsində pionerlər olaraq göstərdikləri xidmətlərə görə minnətdarlıq edib.

İftar süfrəsinə onun administrasiyasından rəsmilər, müxtəlif dini liderləri və diplomatik missiyaların üzvləri də qatılıb. AÄž Ev rəhbəri Ramazan ayından söz açaraq, orucluğun Allaha olan sadiqliyi göstərmək üçün ən yaxşı fürsət olduğunu dilə gətirib. Obama Ağ evin müxtəlif dinlərin müqəddəs günlərini qeyd etmək ənənəsini davam etdirdiyini, və bu iftar süfrəsinin də bu ənənənin tərkib hissəsi olduğunu deyib.  

Qeyd edək ki, bu Barak Obamanın Ağ Evin Dövlət Yeməkxanasında verdiyi sayca 5-ci iftar süfrəsidir 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin