Yunanıstan parlamenti buraxılır

Hazırda oxunan: Yunanıstan parlamenti buraxılır

274265
Yunanıstan prezidenti Prokopis Pavlopulos parlamenti buraxıb növbədənkənar parlament seçkiləri təyin etmək barədə baş nazir Aleksis Tsiprasın təklifini qəbul edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu təklif A.Tsipras tərəfindən dörd ay əvvəl, rəhbərlik etdiyi solçu “Syriza” partiyasının ötən ay Avropa Parlamentinə seçkilərdə Yeni Demokratiya Partiyasına 9,5 xal hesabı ilə məğlub olmasından sonra verilmişdi.

Hökumətdən verilən açıqlamaya görə seçkilərin iyulun 7-də keçirilməsi irəli sürülür. Baş nazirin sözlərinə görə, belə tarix son illər əldə edilən iqtisadi artımı zədələyəcək seçkiqabağı proseslərdən yaxa qurtarmaq baxımdan məqsədəuyğun olardı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin