Mourinyu həbsxanaya düşməyə razılaşdı

Hazırda oxunan: Mourinyu həbsxanaya düşməyə razılaşdı

238773
İngiltərənin “Mançester Yunayted” klubunun portuqaliyalı baş məşqçisi Joze Maurinyu İspaniyanın vergi orqanları ilə danışıb və ödənilməmiş vergi səbəbindən həbsxana həyatı yaşamağa razılıq verib.xa0

Bununla bağlı “El Mundo” nəşri məlumat yayıb.xa0

Mourinyu Madrid “Real”ında işlədiyi müddətdə gəlirlərinin bir hissəsini ispan hökumətindən gizlədib. Məlumatlara görə, 2011-ci ildə portuqaliyalı 1,6 milyon avro, 2012-ci ildə isə 1,7 milyon avro məbləğində vergidən yayınıb.xa0

Mütəxəssis vergidən yayındığını etiraf edib.xa0

Mourinyu 2010-2013-cü illərdə “Real”ın baş məşqçisi olub. O, Madrid klubu ilə birlikdə İspaniya çempionatının qızıl medalını, millətlər kubokunu və İspaniya Super Kubokunu qazanıb. (oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin