Rusiyanın “Qiyamət günü” silahının göstəriciləri məlum oldu

Hazırda oxunan: Rusiyanın “Qiyamət günü” silahının göstəriciləri məlum oldu

225631
Rusiyanın “Poseydon” pilotsuz sualtı aparatı nüvə başlıqları ilə təchiz oluna bilər.

Bu barədə TASS Rusiyanın hərbi sənaye kompleksindən olan mənbəyə istinadən məlumat yayıb.

Məlumata əsasən çoxməqsədli “Poseydon” dəniz sisteminin torpedosuna maksimal gücü trotil ekvivalentində iki meqatona qədər olan müxtəlif nüvə başlıqları quraşdırmaq olur.

Mənbə bildirib ki, nüvə başlıqla təchiz olunduqda aparatın təyinatı ilk növbədə potensial düşmənin hərbi dəniz istehkamlarını məhv etmək olacaq. Onun təbirincə, atom enerji qurğusu hesabına “Poseydon” qitələrarası məsafədə bir kilometrdən çox dərinlikdə 110-130 km saat sürətlə hərəkət edə biləcək.

“Poseydon” pilotsuz sualtı aparatının hazırlanması ilə bağlı ilk xəbər 2015-ci ilin noyabr ayında yayılıb. 2018-ci ilin mart ayında Rusiya prezidenti Vladimir Putin belə bir silahın mövcudluğunu təsdiq edib.

Müasir silahın dəqiq taktiki-texniki xarakteristikası hələ ki, rəsmi olaraq açıqlanmayıb.(oxu.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin