Bakıda 330 kiloqram çəkisi olan kişi evdən belə çıxarıldı – ÖZƏL/VİDEO

Hazırda oxunan: Bakıda 330 kiloqram çəkisi olan kişi evdən belə çıxarıldı – ÖZƏL/VİDEO

620788

Bakıda qeyri-adi hadisə baş verib. 330 kiloqram çəkiyə malik olan və fil ayağı xəstəliyindən əziyyət çəkən 57 yaşlı Söhrab Səifzadə uzun illərdir müalicədən kənarda qalıb. Diaqnoz səbəbindən o, 10 il evdən çıxmayıb və bu müddət ərzində səhhəti getdikcə ağırlaşıb.

Bu barədə Bizim.Media-ya tibbi jurnalist Namidə İsayeva məlumat verib.

O bildirib ki, xəstənin təxliyəsi üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xüsusi əməliyyat həyata keçiriblər.
 

FHN əməkdaşlarının köməyi ilə xəstə uzun illərdən sonra ilk dəfə yaşadığı mənzildən çıxarılaraq Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. Hazırda onun müalicəsi və tibbi müayinələri müalicə həkimi Zakir Quliyevin nəzarəti altında davam etdirilir.


Daha ətraflı videoda:


Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin