Ələkbər Hüseynov vəfat etdi – FOTO

Hazırda oxunan: Ələkbər Hüseynov vəfat etdi – FOTO

620797

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının müdiri, texnika elmləri doktoru, professor Ələkbər Hüseynov uzunsürən xəstəlikdən sonra vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə AzTU məlumat yayıb.

Qeyd edək ki, Ələkbər Hüseynov Moskva Dövlət Aqrar Mühəndislər Universitetinin mühəndis-pedaqoq ixtisasını fərqlənmə ilə bitirib.
 

Uzun illər AzTU-da fəaliyyət göstərən Ələkbər Hüseynov Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının rəhbəri kimi müdafiə sənayesi üçün yüzlərlə mütəxəssisin hazırlanmasına, elmi-pedaqoji potensialın gücləndirilməsinə mühüm töhfələr verib.


Təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2020-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Yüzlərlə məqalə, 10-a yaxın dərslik və 7 ixtiranın müəllifi olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin