Rusiya prezidenti Vladimir Putin soyuqdəymə ilə əlaqədar ictimai yerlərdə iştirakını mümkün qədər azaltmağa çalışır.
Bu barədə prezidentin mətbuat katibi Dmitriy Peskov məlumat verib.xa0
Onun sözlərinə görə, dövlət başçısı bu gün Novo Oqaryov iqamətgahında işləyir. Prezident bir çox görüşlərini, həmçinin beynəxalq telefon danışıqlarını da oraya təyin edib.xa0
Peskov qeyd edib ki, prezident Putin daha əvvəl xalq təsərrüfatının nailiyyətləri sərgisinə qatılmağı planlaşdırsa da, soyuqdəymə ilə əlaqədar ictimai yerlərdə görünməsinə məhdudiyyətlər qoyub.(Qafqazinfo)
































































































