ABŞ sakini lotereyada yarım milyard dollar uddu

Hazırda oxunan: ABŞ sakini lotereyada yarım milyard dollar uddu

207039
ABŞ-ın Nyu-Hempşir ştat sakini “Powerball”x9d lotereyasında 559,7 milyon dollar udub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ABC News telekanalı lotereya nümayəndəsinə istinadən məlumat yayıb.

Qalibin adı hələlik açıqlanmır. Telekanalın məlumatına əsasən 12, 29, 30, 33, 61 rəmələri uduşlu, 26 rəqəmi isə bonus olub.

Qaydalara əsasən, qalib məbləği birdəfəyə və ya bir neçə il ərzində hissə-hissə götürə bilər.

Bu ABŞ tarixində ikinci ən böyük cekpotdur. 2017-ci ildə Massaçusets sakini Meyvis Uonçik lotereyada 758 milyon dollar qazanmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin