Kim Çen In Cənubi Koreya ilə bağlı tapşırıq verdi

Hazırda oxunan: Kim Çen In Cənubi Koreya ilə bağlı tapşırıq verdi

207000
Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılması üçün lazımi şəraitin yaradılmasına dair tapşırıqlar verib. xa0

Moderator.az APA-ya istinadən xəbər verir ki, bu barədə KXDR lideri xalqa müraciəti zamanı bildirib.
xa0
“Koreya yarımadasında gərginliyə son qoymaq üçün Koreya xalqının səylərinin birləşdirilməsi üçün vaxt çatıb. Söhbət tək KXDR-Cənubi Koreya münasibətlərinin yaxşılaşdırılmasından getmir, söhbət həmçinin millətin barışığından, onun könüllü birləşməsindən gedir”x9d, - deyə KXDR Mərkəzi Televiziyasının hazırladığı materialda bildirilir. xa0
xa0
Qeyd edək ki, KXDR yanvarın 9-da yüksək səviyyəli danışıqların aparılmasına dair Cənubi Koreyanın təklifini qəbul edib. Bir neçə gün əvvəl isə Cənubi Koreya və KXDR nümayəndələri arasında telefon danışığı olub. Danışıqlar zamanı Şimali Koreya idmançılarının Cənubi Koreyada xa0keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakı məsələsi müzakirə edilib. xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin