Rusiyadan Ərdoğana cavab: “15 iyulu unutmayın”x9d

Hazırda oxunan: Rusiyadan Ərdoğana cavab: “15 iyulu unutmayın”x9d

160356
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Əsədin devrilməsi haqqında dedikləri nə Suriyadakı situasiyaya, nə də ki Moksva-Ankara münasibətlərinə təsir edir.

Bunu Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Viktor Ozerov söyləyib. Onun sözlərinə görə, Ərdoğan bu tip bəyanatlar verəndə bir müddət öncə özünə qarşı baş vermiş dövlət çevriliş cəhdini unudur:

“Böyük ehtimalla Ərdoğanın bu çıxışı Suriyada geniş kürd muxtariyyətinin yaradılması ilə bağlıdır. Ərdoğan bir müddət öncə Türkiyədə baş verənləri unutmamalıdır”x9d.

Qeyd edək ki, dünən Qüds konfransında çıxışı zamanı Türkiyə prezidenti Ankaranın Suriyaya Əsədin hökmranlığına son qoymaq üçün girdiyini bildirib.(Axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin