Erməni əsgərin müəmmalı ölümü - “Köməksiz qoyub gediblər”x9d

Hazırda oxunan: Erməni əsgərin müəmmalı ölümü - “Köməksiz qoyub gediblər”x9d

141361
Ötən gün Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində meyiti tapılan erməni əsgərin ölümünün bəzi təfərrüatları məlum olub.

Moderator.az-ın Ans press-ə məlumatına görə, əsgər Qrant Qriqoryanın qohumu Norik Avaqyan onun bədənində xəsarət izlərinin olduğunu deyib.

O bildirib ki, əsgərin qohumları onun intihar etməsi ehtimalının az olduğunu deyirlər. “Çünki Qriqoryanın əllərində göyərmə, ayaqlarının və burnunun üstündə isə sıyrıntı izləri var idi. Həmçinin dodaqları bölünmüşdü”x9d, - deyə Norik Avaqyan bildirib.

Onun sözlərinə görə, əsgər təlimə gedərkən özünü pis hiss edib. "O, özünü pis hiss etdiyini komandirinə deyib. Amma onlar Qriqoryanı yolda qoyub gediblər. Onun meyiti tapılanda üzərində zorakılıq izləri var idi. Bizi hiddətləndirən odur ki, əsgəri köməksiz vəziyyətdə qoyublar”x9d, - deyə əsgərin qohumu bildirib.

Qriqoryan 11 ayın əsgəri olub. Onun ailəsi hadisə baş verdikdən sonra Rusiyadan Ermənistana qayıdıblar. Ermənistan ordusunda sonuncu ölüm faktı iyunun 2-də qeydə alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin