Mikroavtobus yük maşını ilə toqquşdu - 12 ölü

Hazırda oxunan: Mikroavtobus yük maşını ilə toqquşdu - 12 ölü

128456
Fransanın mərkəzində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı çoxu Portuqaliyalı olmaqla 12 nəfər həlak olub.

Moderator.az -ın "TASS"-a istinadən verdiyi xəbərə görə, məlumatı "La Montagne" qəzeti yayıb.

Bildirilir ki, İsveçrədən Portuqaliyaya qayıdan mikroavtobus qarşıdan gələn yük maşını ilə toqquşub.
Hadisə nəticəsində yaralanan mikroavtobusun sürücüsü xəstəxanaya yerləşdirilib. Yük maşınının sürücüləri (hər ikisi İtaliyalıdır) yüngül xəsarət alsalar da, şok vəziyyətindədirlər.
Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb edilib.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin